Qiyas İbrahimov saxlanılıb -
VİDEO
İyunun 9-da gənc fəal Qiyas İbrahimov yaşadığı evin damında “Bəsdir əyildin, susma sən də din!” banneri asaraq fərdi etiraz aksiyası keçirib.
Q.İbrahimovun sözlərinə görə, aksiyanın səbəbi iyunun 8-də Yasamal rayonu, Dadaş Bünyadzadə küçəsində yaşayan sakinlərin həbsi ilə bağlıdır.
“Plakat açmağımın səbəbi Bünyadzadə küçəsində yaşayan sakinlərə qarşı polis vəhşiliyinə etirazdır. Fikirləşdim ki, əgər biz artıq öz evimizdə təhlükəsizlikdə deyiliksə, etiraz üçün öz evimiz bəs edir. Biz öz evimizin damında dirənə bilərik. Zorakılıq, repressiya hər yerdədirsə, dirəniş də hər yerdə ola bilər”.
Əraziyə cəlb olunmuş polis əməkdaşları asılmış plakatı götürüblər, Qiyas İbrahimov isə saxlanılıb.
Məsələ ilə bağlı DİN-dən münasibət öyrənmək mümkün olmayıb.