Ukraynada COVID-19 xəstəxanası su altında qaldı -
FOTO
Ukraynanın Qaliç şəhərindəki xəstəxanada xilasedicilər sel nəticəsində su altında qalan xəstələri təxliyyə etməyə başlayıblar.
“RİA Novosti” Ukraynanın Baş naziri Denis Şmıqalın açıqlamasına istinadla xəbər verir ki, fövqəladə vəziyyətin yaranmasına güclü yağış səbəb olub.
Şmıqal qeyd edib ki, xəstəxanada koronaviruslu xəstələr olduğuna görə müəyyən çətinliklər yaranıb. Səlahiyyətlilər ərazidə yoxlama aparır, vəziyyətlə bağlı qərar qəbul etmək üçün fövqəladə hallar komissiyasının iclası keçiriləcək.
Ukrayna Dövlət Fövqəladə Hallar Xidmətinin məlumatına görə, fəlakətin təsir etdiyi ərazilərdə artıq üç nəfər həyatını itirib.
Oxunub: 426
Xəbəri paylaş
Paylaş: