Azərbaycan yolların keyfiyyətinə görə Asiyada 10-cu, dünyada 24-cü, MDB-də isə birinci yerdədir. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin verdiyi məlumata görə, “World Economic Forum” avtomobil yollarının vəziyyətinə dair “Quality of roads” 141 ölkə üzrə hesabatını yeniləyib. Qeyd edək ki, avtomobil yollarının keyfiyyətinə görə, ölkəmiz 2016-cı ildə 51-ci, 2018-ci ildə isə 35-ci yerdə idi.