Oqtay Əsədov Ziyаfət Əsgərovun tabeliyində işləyəcək –
Milli Məclisdə
Milli Məclisin keçmiş sədri Oqtаy Əsədovun üzv olacağı komitə müəyyənləşib.
Parlamentin sabiq sədri Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsində fəaliyyət göstərəcək.
Məsələ qanunverici orqanın martın 13-də keçiriləcək iclasında müzakirə ediləcək və qərar veriləcək.
Həmin komitənin sədri Ziyаfət Əsgərovdur.
Qeyd edək ki, 1955-ci il təvəllüdlü O.Əsədov 2000-ci ildən Milli Məclisin deputatıdır. O, 2005-2020-ci illərdə parlamentin sədri olub/report.
Oxunub: 367
Xəbəri paylaş
Paylaş: