Dünyanın ən güclü dövlətləri:
Azərbaycan neçəncidir?
Dünyanın ən güclü ölkələrinin reytinqi yayımlanıb.
Globall.az xəbər verir ki, reytinqi ABŞ-ın “BAV Qrup” şirkəti hazırlayıb.
Reytinqin hazırlanması zamanı bir neçə faktor - dövlətin iqtisadi və hərbi gücü, siyasi təsiri, dünya liderliyi, eləcə də beynəlxalq alyanslara üzvlüyü – nəzərə alınıb.
Siyahıda ilk yeri ABŞ tutub. ABŞ dünyanın ən güclü iqtisadiyyatına və ən böyük büdcəsinə malikdir.
ABŞ-dan sonrakı yerlərdə Rusiya, Çin, Almaniya və Britaniya qərarlaşıb.
Azərbaycan isə dünyanın ən güclü ölkələrinin reytinqində 45-ci yerdə qərarlaşıb.
Bununla da ölkəmiz Portuqaliya, Kolumbiya, Tailand, Argentina, Çexiya, Xorvatiya və digər ölkələri qabaqlayıb.
Oxunub: 411
Xəbəri paylaş
Paylaş: