Özü də rəisdir, oğlu da...-
Rütbəsi artırılan generallar kimlərdir?
Xəbər verdiyimiz kimi, ötən gün Prezident İlham Əliyev Fövqəladə Hallar Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, nazirliyin iki generalının rütbəsi artılıb, üç polkovnikə isə general-mayor rütbəsi verillib.
Globall.az qafqazinfo-ya istinadla rütbələri artırılan FHN-in yüksək vəzifəli zabitləri ilə bağlı məlumatları təqdim edir.
Ötən gün rütbəsi artırılan iki general-leytenantdan biri olan İlham Əyyub oğlu Abdullayev əvvəllər FHN-in Fövqəladə Halların Nəticələrinin Aradan Qaldırılması İşinin Təşkili Baş İdarəsinin rəisi vəzifəsində çalışıb.