Rüstəm İbrahimbəyov dəfn edildi
(YENİLƏNDİ)
Azərbaycan Kinematoqrafiyaçılar İttifaqının sədri, Xalq yazıçısı Rüstəm İbrahimbəyovun cənazəsi Nizami Kino Mərkəzinə gətirilib.
Kino mərkəzdə mərhumla vida mərasimi başlayıb. Vida mərasimindən sonra cənazə dəfn edilmək üçün I Fəxri xiyabana aparılacaq.
Xatırladaq ki, R.İbrahimbəyov 1939-cu il fevralın 5-də Bakı şəhərində anadan olub. O, martın 10-dan 11-nə keçən gecə Rusiyanın paytaxtı Moskva şəhərində vəfat edib. Onun cənazəsi martın 15-də Vətənə gətirilib.
xxx
Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, Xalq yazıçısı Rüstəm İbrahimbəyovla vida mərasimi başa çatıb.
Mərasimdə mədəniyyət naziri Anar Kərimov, mədəniyyət və incəsənət xadimləri çıxış ediblər.
Onlar R.İbrahimbəyovla bağlı xatirələrini bölüşüblər, onun Azərbaycanın kino, teatr və ədəbiyyatı sahəsindəki böyük xidmətlərini vurğulayıblar, Xalq yazıçısının ölümünü ağır itki kimi qiymətləndiriblər.
xxx
Azərbaycan Kinematoqrafiyaçılar İttifaqının sədri, Xalq yazıçısı Rüstəm İbrahimbəyov I Fəxri xiyabanda torpağa tapşırılıb.
Dəfn mərasimdə mədəniyyət naziri Anar Kərimov, mədəniyyət və incəsənət xadimləri, dövlət rəsmiləri, mərhumun ailə üzvləri və ictimaiyyət nümayəndələri iştirak edib. (report)