Qız öz anasından polisə şikayət edib- Sığınacağa atılan uşaqlar...
Qız öz anasından polisə şikayət edib - Sığınacağa atılan uşaqlar...
Bakıda ana iki azyaşlı uşağını sığınacağa atıb qaçıb.
Globall.az xəbər verir ki, bu barədə “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova məlumat verib.
M.Zeynalova bildirib ki, ailənin 4 dörd uşağı var:
“Ailənin qızı bir neçə müddət əvvəl polisə zəng edib kömək istəmişdi. Səbəb ananın evdəki hərəkətləri olub O da bizim sığınacağa yerləşdirilmişdi. Ailə münasibətləri çox pisdir. Qadın asosyaldır, davranışları çox kobuddur, aqressivdir. Ata və ana ayrılıb, evin böyük oğlu atası ilə qalır.
Ata da həmin qadınla eyni xasiyyətlidir, ailədə alkoqol asılılığı var. Qadın dünən gətirib uşaqları qapıda qoyub, maşına minib gedib. Ananın kim olduğunu bilirik. Sığınacağa atılan uşaqların hər ikisi qızdır, biri yaş yarımlıqdır, digərinin 3 yaşı var.” (modern.az)