Koronavirusa yoluxanların sayı açıqlandı
Azərbaycanda bu gün koronavirus infeksiyasına 11 yeni yoluxma faktı qeydə alınıb, 21 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Globall.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
Son sutkada COVID-19-dan vəfat edən olmayıb.
İndiyədək ölkədə ümumilikdə 792 599 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 782 839 nəfər müalicə olunaraq sağalıb, 9 709 nəfər vəfat edib. 51 nəfər aktiv xəstə sayını təşkil edib.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 3 903, bu günə qədər isə ümumilikdə 6 826 926 test icra olunub.
Oxunub: 227
Xəbəri paylaş
Paylaş: