Əlilliyin təyini qaydaları dəyişəcək
- VİDEO
Globall.az Xəzər TV-yə istinadən xəbər verir ki, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Tibbi-Sosial Ekspertiza Xidmətinin təşkili departamentinin müdir müavini İlkin Yusifov deyib ki, yeni qaydalara əsasən, diaqnozla yanaşı, əlilliyi təyin edilən şəxsin həyat fəaliyyətinin 7 əsas müxtəlif kriteriyalarının pozulma dərəcələri də qiymətləndiriləcək.
Yeni qaydalar Vətən müharibəsi əlillərinin də əlillik dərəcəsinin təyinatında keçərli olacaq. Yeni qaydaların bu vaxta kimi əvvəlki qaydalarla əlillik dərəcəsi alan şəxslərə şamil edilib-edilməyəcəyinə gəlincə, İlkin Yusifov deyib ki, bu qayda həmin şəxslərə əlillik müddəti başa çatanda şamil ediləcək.