Havalar bu tarixdən İSİNƏCƏK -
PROQNOZ
"Mayın 14-dən hava tədricən istiləşəcək".
Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva deyib.
O, mayın 13-ü səhər saatlarından başlayaraq temperaturun ötən günlərlə müqayisədə tədricən yüksələcəyi, Bakıda və Abşeron yarımadasında yağmursuz hava şəraiti olacağını bildirib:
"İlkin məlumata görə, sabahdan etibarən ölkə ərazisində hava şəraitinin nisbətən sabit olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mayın 14-dən isə havalar istiləşməyə doğru gedəcək". (lent.az)
Oxunub: 235
Xəbəri paylaş
Paylaş: