Yoluxanların sayı açıqlandı
Azərbaycanda bu gün koronavirus infeksiyasına 9 yeni yoluxma faktı qeydə alınıb, 7 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Globall.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
Son sutkada COVID-19-dan vəfat edən olmayıb.
İndiyədək ölkədə ümumilikdə 792 664 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 782 890 nəfər müalicə olunaraq sağalıb, 9 709 nəfər vəfat edib. 65 nəfər aktiv xəstə sayını təşkil edib.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 658, bu günə qədər isə ümumilikdə 6 847 892 test icra olunub.
Oxunub: 200
Xəbəri paylaş
Paylaş: