“Çağdaş Təhsil”in xeyriyyə məqsədli lahiyəsi
“Çağdaş Təhsil” jurnalı 2007-ci ildən bu günə qədər fəaliyyət göstərir. Belə ki, 2007-ci ildən bu yana jurnalımız təhsil və təhsildə baş verən dəyişikliklər, islahatlarla bağlı şagirdlərlə söhbətlər aparmış, təhsilin bir ölkənin, dövlətin gələcəyi üçün nə qədər önəmli yer tutduğunu dəfələrlə vurğulamışdır. Bütün bu söhbətlər sadəcə bir bölgədə yox, Azərbaycanın ən ucqar dağ kəndlərində – Qubanın Xınalıq, Gədəbəyin Şınıx kəndi, Qazaxın ən ucqar kəndlərində və ümumiyyətlə, ölkənin bütün rayonlarında aparılıb.
Məktəblilərlə hər dəfə görüşəndə vətənpərvərlik mövzusunda xüsusi danışıqlar aparan “Çağdaş Təhsil” elə bu gün də həmin formada, hətta daha da inkişaf etmiş şəkildə fəaliyyətini davam etdirir.
15 ildir fəaliyyətdə olan “Çağdaş Təhsil” redaksiyası həmişə olduğu kimi bu gün də bütün şəhid övladlarına, fiziki qüsurlu və eyni zamanda əqli cəhətdən zəif olan şagirdlərə və həm də müharibədə iştirak etmiş I qrup əlil övladlarına təmənnasız şəkildə xidmət göstərir. Və həmişə də bu şəkildə xidmət göstərəcək.
Xidmətlər dedikdə isə onlayn hazırlıq kursları, uşaqlara motivasiya vermək məqsədilə dərc edilən, redaksiya ilə eyni adı daşıyan “Çağdaş Təhsil” jurnalı, qəzet və kitablar və təhsil saytımızda qabaqcıl şagirdləri paylaşaraq hər kəsə tanıtmaq nəzərdə tutulur.
Fəridə Ağaxanlı