6 şəhər və 4 rayonda həftəsonları ictimai nəqliyyatın hərəkəti dayandırılacaq -
Hökumət qərar verdi
Nazirlər Kabineti 387 nömrəli qərarına dair açıqlama yayıb.
Globall.az xəbər verir ki, açıqlamada deyilir:
“Bəzi şəhər və rayonlarda xüsusi karantin rejimində əlavə şərtlərə dair Nazirlər Kabinetinin 387 №li qərarına əsasən Gəncə, Yevlax, Mingəçevir, Lənkəran, Şəki, Şirvan şəhərlərində və Göygöl, Samux, Sabirabad, Quba rayonlarında:
– 17 oktyabr saat 00:00-dan 19 oktyabr saat 06:00-dək;
– 24 oktyabr saat 00:00-dan 26 oktyabr saat 06:00-dək;
– 31 oktyabr saat 00:00-dan 2 noyabr saat 06:00-dək ictimai nəqliyyatın hərəkəti dayandırılır”.
Oxunub: 354
Xəbəri paylaş
Paylaş: