Azərbaycan türklərinin ataları –
Tarixin axınını dəyişən oğuzlar
Birinci Göytürk Xaqanlığı 630-cu ildə böyük böhran dönəminə girdiyi vaxt Orxon vadisində türk boylarından doqquzu (Doqquz Oxlar) birləşərək, bir xaqanlıq qurdular. İkinci Göytürk Xaqanlığı qurulduqdan sonra oğuz adıyla tanınan türk boyları onlar oldular. Bir çətir altında birləşən türklər özlərinə Üç Oğuz, Altı Oğuz, Doqquz Oğuz, Otuz Oğuz və s. kimi adlar verdilər.
Adı tarixin daş kitabələrinə həkk olunan Oğuz türkləri haqda yazını təqdim edirik.
Mahmud Qaşqariyə görə, 22 boydan, “Oğuz Xan” dastanına görə isə 24 boydan ibarət Orta Asiya kökənli ən böyük türk boyudur. VII əsrə yaxın dövrlərdə böyük köçlərlə yer dəyişdirməyə başlayıblar. Bizans qeydlərinə görə, əvvəlcə Balkan yarımadasına üz tutublar.
Oğuzlarda evləndikləri qadının ailəsinə başlıq pulu verməsi ənənəsi mövcud idi. Evlənəcək gənclər ox atır, oxun düşdüyü yerdə çadırlarını qururdular.