Fransalı deputat qəzəbləndi:
“Müsəlmanlardan nə istəyirsiniz?”
İslam əleyhdarı Fransada müsəlmanlara qarşı yönəlmiş qanun layihəsinin müzakirə olunduğu vaxt fransız senator Ester Benbassdan müsəlmanlara dəstək gəlib.
“Siz müsəlmanların normal yaşamasına icazə vermirsiniz. Hər şeyi tənqid və təcrid edirsiniz. Nə vaxta qədər belə etməyə davam edəcəksiniz?”.
Fransa parlamentində İslam əleyhinə qanunun layihəsi müzakirəyə çıxarılıb. Fevralın 16-da Nümayəndələr Palatasında qəbul edilən qanun layihəsi Senatda müzakirə olunur. Layihə Senatdakı müzakirədən sonra ikinci dəfə səsverməyə çıxarılacaq.