Peskov "Krım Platforması"nı antirusiya tədbiri adlandırıb
Dmitri PeskovKremldə Krım Platformasını antirusiya tədbiri hesab edirlər.
Bu açıqlama ilə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov çıxış edib.
“Biz bu tədbirə ölkəmizə qarşı fövqəladə qeyri-dost münasibət kimi yanaşırıq. Rusiyanın regionuna – Krıma qarşı bu yanaşma bizim üçün qətiyyən qəbuledilməzidir”, - deyə o bildirib.
Qeyd edək ki, sammit işinə bu gün Kiyevdə başlayıb. Ukraynanın xarici işlər naziri Dmitri Kuleba 44 ölkə və beynəlxalq təşkilatdan nümayəndələrin sammitə qatıldığını deyib.
Bundan əvvəl isə Ukrayna Prezidenti Volodimir Zelenski sammiti Krım yarımadasının geri qayıtması üçün geri sayımın başlanğıcı adlandırmışdı./apa
Oxunub: 300
Xəbəri paylaş
Paylaş: