“1991-ci il sərhədindən savayı heç bir sərhəd tanımıram”-
Ukrayna kəşfiyyatının başçısı
“Ukraynaya əks-hücumunu sürətləndirmək üçün təclili olaraq orta və uzaq mənzilli raket komleksləri, iri kalibrli artileriya və zərbə aviasiyası lazımdır. Rusiya ordusu ərazilərimizdən qovulana qədər Ukrayna döyüşəcək”.
Bu barədə «The Wall Street Journal» nəşrinə müsahibəsində Ukrayna Müdafiə Nazirliyi Baş Kəşfiyyat İdarəsinin rəisi Kiril Budanov bəyan edib.
“Mən, 1991-ci il sərhədindən savayı heç bir sərhəd tanımıram» - deyə, Budanov bildirib.
Budanov qeyd edib ki, əks-hücum üçün Ukraynaya təcili olaraq, orta və uzaq mənzilli raket kompleksləri, iri kalibrli artileriya və zərbə aviasiyası lazımdır.