Katalikos II Qareginə, dünya ermənilərinə, Qarabağda yaşayan ermənilərə Bakı ermənilərindən müraciət
Müraciətə on minlərlə erməni adından bir qrup şəxs imza atıb. "Report" müraciəti olduğu kimi təqdim edir:
Artıq 30 ildən çoxdur ki, Ermənistan Azərbaycan torpaqlarının 20 faizini işğal altında saxlayır. Bu illər ərzində demək olar ki, davamlı olaraq sivil Azərbaycan vətəndaşları, hətta uşaqlar, qocalar Ermənistan tərəfindən atəşə məruz qalıb, qətlə yetirilib.
Bu gün də Ermənistan işğalçılıq siyasətini davam etdirir. Bütün bunlar dünyada erməni xalqı barədə mənfi, insan düşməni, qaniçən fikri formalaşdırır. Xocalıda Ermənistanın azərbaycanlılara qarşı törətdiyi soyqırımı erməni tarixinə qara ləkədir və bizim üçün çox utancvericidir.
Niyə Ermənistan qonşu Azərbaycanla dinc, yanaşı yaşamaq istəmir, onun torpaqlarını işğal edir, hər gün azərbaycanlı uşaqları, qocaları raketlərin hədəfinə çevirir?
Son günlər Ermənistan Azərbaycanın Bakı, Gəncə, Sumqayıt, Mingəçevir, Bərdə, Beyləqan, Ağcabədi, Şəmkir, Tovuz və digər yaşayış məntəqələrini raket atəşinə tutur. Atəş yalnız mülki azərbaycanlıların deyil, bu şəhərlərdə yaşayan müxtəlif xalqların rus, yəhudi, ləzgi, talış, o cümlədən ermənilərin də həyatını təhlükə altında qoyur. Gəncənin atəşə tutulması zamanı ciddi xəsarətlər almış milliyətcə erməni Karina Qriqoryan kimi...
Azərbaycan isə yalnız və yalnız öz ərazilərində antiterror əməliyyatı keçirir, öz tarixi torpaqlarını işğaldan azad etmək istəyir.
Övladlarınızın Azərbaycan torpaqlarında ölməsinə göz yummayın, axı onları hansısa qüvvələrin oyununun qurbanı olması üçün dünyaya gətirməmisiniz.
Kimlərsə var-dövlət, vəzifə sahibi olacaq, əvəzində siz övladsız qalacaqsınız. Övladlarınızı Azərbaycan torpaqlarında hərbi xidmətdən geri çağırın.
Azərbaycanın torpaqları azad edilsin. Bu çirkin oyunda iştirak etməyin, yoxsa erməni xalqını məhvə apardığınıza görə gələcəyin lənəti üzərinizdə olacaq.