Almaniyanın Xarici İşlər naziri Benqaziyə getdi –
O, Xəlifə Haftarla görüşəcək
Almaniyanın Xarici İşlər naziri Hayko Maas Liviya Milli Ordusunun rəhbəri Xəlifə Haftarla görüşəcək.
“LİBYA ƏL-ƏHRAR.TV”nin verdiyi xəbərə görə, Almaniya xarici işlər naziri Hayko Maas Xəlifə Haftarla görüşmək üçün Benqaziyə səfər edib.
Daha öncə Almaniya XİN başçısı jurnalistlərə açıqlamasında bildirib ki, Liviya münaqişəsinin hərbi yolla həlli qeyri-mümkündür və Berlində keçiriləcək konfrans Liviya daxilində siyasi dialoqun başlamasına imkan yaradacaq.
Qeyd edək ki, yanvarın 19-da Berlində Liviya ilə bağlı beynəlxalq sammit keçiriləcək. Artıq Liviya Milli Ordusunun rəhbəri Xəlifə Haftar və Liviyanın Milli Razılıq Hökumətinin Baş Naziri Faiz Sərrac bu sammitdə iştirak edəcəklərini bildiriblər/apa
Oxunub: 365
Xəbəri paylaş
Paylaş: