Portuqaliya Ukraynanın NATO-ya üzv olmasına qarşı çıxdı
“Ukrayna hələ NATO-ya qoşulmağa ümid edə bilməz, çünki Şimali Atlantika İttifaqına qoşulmaq üçün ölkə daxilində vahid fikir mövcud deyil”.
Bunu Portuqaliyanın müdafiə naziri Joao Qomeş bəyan edib.
“NATO-ya üzv olmaq barədə qərar konsensusla qəbul edilir. İnanıram ki, Ukraynanın NATO-ya üzvlüyünə dair konsensus daha dərin olmalıdır. Hal-hazırda Ukraynanın Alyansa üzvlüyü barədə danışmaq biraz tezdir”-deyə, nazir bildirib.
Oxunub: 384
Xəbəri paylaş
Paylaş: