Üç ölkədən Şimali Koreya mesajı:
Razılaşma əldə olundu
Yaponiya, ABŞ və Cənubi Koreya Şimali Koreyanın nüvəsizləşdirilməsi yönündə əməkdaşlığı artırmaq üçün razılaşma əldə edib.
Xarici KİV xəbər verir ki, hər üç dövlətin xarici işlər nazirləri BMT Baş Assambleyasının 76-cı sessiyasında görüşərək Şimali Koreya məsələsini müzakirə ediblər.
“Şimali Koreyanın son nüvə və ballistik raket fəaliyyəti Yaponiyanı, bölgəni və beynəlxalq cəmiyyəti təhdid edir”, - nazir deyib.