Kadırovun başına mükafat qoyuldu - FOTO
Keçmiş ukraynalı deputat Yevgeni Rıbçinski Ukraynaya gəldiyi ilə öyünən Çeçenistan rəhbəri Ramzan Kadırovun qətlinə görə Kiyev yaxınlığında torpaq sahəsi olan ev vəd edib.
Bu barədə o, Feysbuk səhifəsində yazıb.
“Əgər Kadırov həqiqətən də Kiyevin yaxınlığındadırsa, o zaman Ukrayna Silahlı Qüvvələrinin və ərazi müdafiəsinin hər bir döyüşçüsü çeçen xalqının və Huilanın əlaltısının bu biabırçılığına son qoymağı qarşısına məqsəd qoymalıdır. Mən söz verirəm: Kadırovun başına 40 sotluq ərazidə ev qoyuram”.
Daha əvvəl Ukrayna Daxili İşlər nazirinin müşaviri Anton Geraşenko bildirib ki, Kadırov Ukraynaya gəlib və İvankovda zirzəmidə gizlənir.
Oxunub: 258
Xəbəri paylaş
Paylaş: