"Ermənistan-Azərbaycan dialoqunu alqışlayırıq" -
Blinken
"ABŞ Ermənistan və Azərbaycan arasında başlayan dialoqu alqışlayır".
Globall.az xəbər verir ki, bunu ABŞ dövlət katibi Entoni Blinken Ermənistan xarici işlər naziri Ararat Mirzoyanla görüşdə deyib.
"Biz bu yanaşmanı və hamımızın istədiyi regionda dayanıqlı sülh istiqamətində addımları qiymətləndiririk", - deyə Blinken bildirib.
Qeyd edək ki, Mirzoyan Vaşinqtona səfər edib. Burada ABŞ və Ermənistan Strateji Mülki Nüvə Əməkdaşlığı sahəsində Anlaşma Memorandumu imzalanıb. Mirzoyan bildirib ki, məqsəd alternativ enerji mənbələrinin istifadəsi istiqamətində əməkdaşlığı genişləndirməkdir.
Oxunub: 262
Xəbəri paylaş
Paylaş: