Medvedev:
"Zelenskiyə sülh lazım deyil, çünki..."
Ukrayna Prezidenti Vladimir Zelenskiyə sülh müqaviləsi lazım deyil, çünki sülh, onun sonu deməkdir.
Globall.az APA-ya istinadən bildirir ki, bunu Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini, Rusiya Federasiyasının sabiq prezidenti Dmitri Medvedev "Telegram" kanalında yazıb.
"Zelenskiyə heç bir sülh müqaviləsi lazım deyil. Onun üçün sülh sondur: Ya moskvalılarla sövdələşməyə getdiyinə görə nasistlər tərəfindən asılacaq, ya da müharibədə məğlub olan prezident kimi rəqibləri tərəfindən vəzifəsindən uzaqlaşdırılacaq", - Medvedev bildirib.
Təhlükəsizlik Şurasının sədr müavini vurğulayıb ki, Ukrayna lideri Qərbdən pul və silah istəməyə davam edəcək, həmçinin, xalqın qayğısına qaldığını imitasiya edəcək.
Oxunub: 240
Xəbəri paylaş
Paylaş: