“Lukaşenko Putini güllələsə, Qərb onu bağışlayacaq” -
Məşhur jurnalist
Belarus prezidenti Aleksandr Lukaşenko Rusiya lideri Vladimir Putini zərərsizləşdirəcəyi təqdirdə, Qərb ölkələri ona güzəştə gedəcək.
Globall.az xəbər verir ki, bu fikirləri “Ukrayna 24” kanalına müsahibəsində tanınmış jurnalist, “QORDON” nəşrinin təsisçisi Dmitri Qordon deyib.
"Lukaşenko Putindən heç də az əclaf və faşist deyil. O, yalançı, təxribatçı və qatildir. Hələ 2020-ci ildə mənə müsahibə verən Lukaşenko, "Rusiya qoşunlarının Belarusdan Ukraynaya getməyəcəyini təsdiq edirsinizmi" sualıma belə cavab vermişdi: “Belarus ərazisi ilə? Bu heç vaxt olmayacaq!”. Lakin ruslar nəinki təkcə Belarus ərazisindən gəldilər – Belarus ərazisindən mənim ölkəmi müxtəlif bomba və raketlərlə atəşə də tutdular. Bütün rus quldur dəstələri Belarusdan keçdi. Lukaşenko və onun dəstəsi bu cinayətkar müharibənin birbaşa iştirakçıları olublar. Ona görə də Lukaşenko Putinlə bərabərdir, faşizmlə bərabərdir, pisliyə bərabərdir. Mənim Lukaşenkoya münasibətim belədir", - Qordon vurğulayıb.
Onun fikrincə, Belarus ordusunun Ukrayna ərazisindəki müharibədə iştirak etməməsi Lukaşenkonun hesablamasının nəticəsidir.
"Birincisi, onlar sorğu keçirdilər: belaruslar ukraynalılarla vuruşmaq istəmirdilər. Belaruslar rus deyillər, qardaşlarına qarşı çıxmadılar. İkincisi, Belarusun ordusu zəif ordudur və müharibəyə girsəydi məhvə məruz qalmışdı. Lukaşenko Qərbi nə isə sakitləşdirməyə çalışırdı və ordu məsələsində hiyləgərlik etdi”.
Qordon deyib ki, Lukaşenko üçün bir variant var: “Putinlə görüşdə onu vursa, Qərb onu bağışlayacaq”. (modern.az)