"Onlar bizə başqa şans buraxmadılar"
- PUTİN
"Əgər Ukraynadakı problemi sülh yolu ilə həll etmək üçün heç olmasa bir şans olsaydı, əlbəttə ki, bu şansdan istifadə edərdik. Amma onlar bizə bu şansı qoymadılar, sadəcə olaraq, vermədilər".
Globall.az xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin “Sparta” batalyonunun komandiri Vladimir Coqanın atası Artem Coqa ilə görüşündə deyib.
O, Rusiyanın başqa çarəsinin olmadığını vurğulayıb.
"İndi Rusiyalılar cəsarətlə, qəhrəmancasına, peşəkarcasına döyüşürlər. Bütün planlar yerinə yetirilir. Nəticə əldə olunacaq - buna heç bir şübhə yoxdur", - Putin əlavə edib. (modern.az)
Oxunub: 192
Xəbəri paylaş
Paylaş: