Beynimdə dəyişiklik var - Saakaşvili
"Yeriməkdə çətinlik çəkirəm. Onurğamda cərrahi müdaxiləyə ehtiyac var".
Globall.az xəbər verir ki, bunu özəl klinikada müalicə olunan Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili səhhətilə bağlı yazdığı məktubda bildirib.
Saakaşvili barəsində yayılan şayiələrə görə açıqlama vermək qərarına gəldiyini qeyd edib:
“MRT müayinəsi onurğamda travmanın olduğunu təsdiqləyib, çox güman ki, bu, güc tətbiq edilməklə Qldani həbsxanasına aparılarkən aldığım zədədir. Onurğamda şiddətli ağrılar var, gündə bir neçə dəfə ağrıkəsici verilir. Ona görə də əməliyyat olunmalıyam. Həmçinin, beynimdə də dəyişikliklər var".
Qeyd edək ki, M.Saakaşvili Rustavi şəhərindəki 12 saylı həbsxanadan Tbilisidəki “Vivamedi” klinikasına köçürülüb. (modern.az)
Oxunub: 227
Xəbəri paylaş
Paylaş: