Zelenski ruslar üçün viza rejimi ilə bağlı petisiyanı dəstəklədi
Ukrayna Prezidenti Vladimir Zelenski Rusiya vətəndaşları üçün viza rejimi ilə bağlı petisiyanı dəstəkləyib.
Globall.az APA-ya istinadən bildirir ki, bu barədə Ukrayna Prezidentinin saytında məlumat yer alıb.
"Rusiya vətəndaşlarının Ukrayna ərazisinə daxil olmasına nəzarət rejiminin gücləndirilməsi zərurətinin tərəfdarıyam", - deyə Ukrayna Prezidentinin saytında dərc edilmiş petisiyaya cavabda deyilir.
Vladimir Zelenski bundan irəli gələn məsələləri həll etməyi baş nazir Denis Şmıqala tapşırıb.
Oxunub: 291
Xəbəri paylaş
Paylaş: