Ruslar Ukraynada daha iki yaşayış məntəqəsini tutdu
"Rus qoşunları Luqansk vilayətində daha iki yaşayış məntəqəsini ələ keçiriblər. Düşmən Lisiçansk və Severodonetsk yaxınlığında yerləşən Loskutovka və Ray-Aleksandrovkanı işğal edib. Bundan əlavə, ruslar Lisiçansk-Baxmut magistralına nəzarəti ələ keçirmək planlarından da əl çəkməyiblər".
Globall.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının yeni məlumatında deyilir.
“Donetsk istiqamətində düşmən əsas səylərini Severodonetsk üzərində tam nəzarətin yaradılmasına cəmləşdirir. Bundan əlavə, işğalçı Lisiçansk bölgəsində Ukrayna hərbçilərini mühasirəyə almaq üçün hücum əməliyyatlarını davam etdirir.
Düşmən Severodonetsk istiqamətində Loskutovka, Ray-Aleksandrovka yaşayış məntəqələrini ələ keçirib. Sirotin yaşayış məntəqəsinə nəzarəti təmin etmək üçün hücum əməliyyatları həyata keçirir”, - Baş Qərargah məlumat bildirib.
Baş Qərargahın məlumatında qeyd edilir ki, ruslar Zolote və Volçeyarovka istiqamətlərində hücum əməliyyatları aparır. Onlar Baxmut-Lısıçansk magistralına nəzarəti bərqərar etmək üçün Berestovye ərazisində dominant yüksəklikləri ələ keçirmək istəyirlər.
Kramatorsk, Avdeyevski, Kuraxovski, Novopavlovski və Zaporojye istiqamətlərində ruslar aktiv əməliyyatlar keçirməyib. Bununla belə, orada onlar Ukrayna hərbçilərinin imkanlarını bağlamaq üçün atəş açmağa davam edir. (modern.az)