Zelenski Təhlükəsizlik Xidmətinin rəhbərini işdən çıxarır
Ukrayna prezidenti Vladimir Zelenski Ukrayna Təhlükəsizlik Xidmətinin rəhbəri İvan Bakanovu Xersonda bir sıra uğursuz əməliyyatlar və itkilərə görə vəzifəsindən azad etmək niyyətindədir.
Globall.az xəbər verir ki, bu barədə Ukrayna KİV-ləri məlumat yayıblar.
Məlumata görə, Xersondakı uğursuzluqlar və itkilər səbəbindən Bakanov Zelenskinin gözündən düşüb.
“Politico” nəşri yazır ki, Zelenski Bakanovu daha uyğun biri ilə əvəzləməyə çalışır.
Fevralın 24-də Rusiyanın Ukraynaya müdaxiləsindən sonra Bakanov Zelenskiyə yaxın adamlar tərəfindən tənqid atəşinə tutulub.
Bakanov əvvələr Zelenskinin qərargahının rəhbəri olub və Ali Rada ilə qarşılıqlı əlaqəyə cavabdeh idi. (modern.az)
Oxunub: 246
Xəbəri paylaş
Paylaş: