Azərbaycan, Türkiyə və Gürcüstan XİN başçıları Tbilisidə görüşəcəklər –
Tarix açıqlandı
Bu barədə Gürcüstanın Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.
XİN başçıları üçtərəfli əməkdaşlıq formatında müxtəlif sahələrdə cari məsələləri müzakirə edəcəklər. Xüsusi diqqət Azərbaycan, Gürcüstan və Türkiyənin nəqliyyat və energetika sahələrində əməkdaşlıq məsələlərinə ayırılacaq.
Görüş çərçivəsində xarici işlər nazirləri birgə bəyannamə imzalayacaqlar.
Azərbaycan və Türkiyənin xarici işlər nazirlərinin Gürcüstanın yüksək səviyyəli şəxsləri ilə də görüşləri planlaşdırılıb.
Qeyd edək ki, Tbilisidə bu ilin oktyabrın 16-da keçirilməli olan üçtərəfli görüş Türkiyə tərəfinin müraciəti əsasında təxirə salınıb.
Azərbaycan-Gürcüstan-Türkiyə formatında XİN başçılarının son yeddinci üçtərəfli görüşü ötən ilin oktyabrın 29-da İstanbulda keçirilib.
Üçtərəfli formatda ilk görüşə 2012-ci ildə Türkiyənin Trabzon şəhərində baş tutub. /Report