SEPAH Hind okeanında daimi baza yaratmaq istəyir
İran İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) Hind okeanında daimi baza yaratmaq istəyir.
Bunu SEPAH-ın komandanı Əlirza Təngsiri deyib.
O bildirib ki, ilin sonuna kimi (İranda il mart ayında dəyişir) bu önəmli məsələ icra ediləcək: “SEPAH-ın hərbi gəmiləri indiyədək dəfələrlə uzaq sularda olub. SEPAH-ın Hind okeanında daimi hərbi bazasının yaradılması üçün lazimi işlər görülüb. Dəqiq proqram hazırlanıb. SEPAH uzaq sualarda güclü və möhkəm iştirak edəcək.
SEPAH-ın bu sualarda iştirakı Hind okeanının təhlükəsiziliyinin təminini artıracaq. Və bu, İranın gənc balıqçılarının və balıqçılıq sənayesinin inkişafına kömək edəcək”.
O, dəniz piratlarının iranlı balıqçılar və gəmilər üçün Oman dənizində və Hind okeanda yaratdığı problemlərdən danışıb və bildirib ki, SEPAH bu sularda iştirakı ilə Oman dənizi və Hind okeanında piratların bu cür təcavüzünə izn verməyəcək./apa