Respublikaçı senator:
“Bayden qanımızı tökməyə davam edəcək”
Respublikaçı senator Rend Pol bəyan edib ki, Demokrat partiyasından olan namizəd Co Bayden Birləşmiş Ştatlar prezidenti seçilərsə dünyanı yeni müharibəyə sürükləyə bilər.
Bu barədə TASS agentliyi məlumat verib.
“Cozef Bayden Donald Trampın “bizim nəslimizin ən böyük geopolitik xətası” adlandırdığı İraq müharibəsinin başlanılmasına səs verən şəxsdir. Mən qorxuram ki, Bayden yenidən müharibəni seçə bilər. O, Serbiya, Suriya, Liviyadakı müharibələrə dəstək verib. Co Bayden qanımızı tökməyə və pulumuzu xərcləməyə davam edəcək”, deyə respublikaçı senator qeyd edib.
Oxunub: 520
Xəbəri paylaş
Paylaş: