Əraqçi Bakıya gəldi -
İran XİN-in müavini "Qarabağ planı"nı müzakirə edəcək
İran İslam Respublikası xarici işlər nazirinin müavini Seyyid Abbas Əraqçi bir neçə dəqiqə əvvəl Azərbaycan Respublikasının paytaxtı Bakıya gəlib.
İRNA xəbər verir ki, onu Baş nazirinin müavini Şahin Mustafayev, xarici işlər naziri Ceyhun Bayramov, Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev və digər rəsmi şəxslər qarşılayıblar.
İran nümayəndə heyətinin rəhbəri Azərbaycan Respublikasının rəsmiləri ilə görüşü regional məsələləri, o cümlədən Azərbaycan Respublikası ilə Ermənistan arasındakı Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllini müzakirə edəcək.
İran xarici işlər naziri müavininin regional turne çərçivəsində Ermənistan, Türkiyə və Rusiyaya da səfəri planlaşdırılır.
Oxunub: 636
Xəbəri paylaş
Paylaş: