Dövlət valideynlərini itirmiş tələbələrin magistratura xərclərini ödəyəcək
“Təhsil haqqında” qanuna dəyişiklik təklif edilir.
Bu barədə Milli Məclisin Elm və təhsil komitəsinin sədr müavini Musa Qasımlı məlumat verib.
Onun sözlərinə görə, dəyişiklik layihəsində göstərilir ki, Azərbaycan hökuməti valideynlərini itirmiş, yaxud valideyn himayəsindən məhrum olmuş tələbələrin magistratura xərclərini öz üzərinə götürəcək.
Qeyd edək ki, martın 16-da parlamentin Elm və təhsil komitəsinin iclası keçiriləcək.
Oxunub: 429
Xəbəri paylaş
Paylaş: