Diasporumuzun Zəfər Günü sevinci:
Konsertlər, tədbirlər, sərgilər...
44 günlük Vətən Müharibəsində qazandığımız tarixi qələbənin ildönümü ilə əlaqədar müxtəlif ölkələrdə yaşayan azərbaycanlı diaspor fəalları fərqli formatda tədbirlər keçiriblər. Onlar yaşadıqları ölkələrdə bu sevinci tarixi vətənləri olan Azərbaycanla birgə qeyd ediblər.
Globall.az xəbər verir ki, noyabrın 7-dən diasporumuz 100-dən çox tədbirin keçirilməsini planlaşdırıb.
Dünya azərbaycanlılarının Zəfər Günü ilə bağlı keçirdiyi tədbirləri təqdim edirik:
Almaniya
Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Almaniya Azərbaycanlıları Alyansının (AAA) təşkilatçılığı ilə baş tutan tədbirdə ölkəmizin Almaniyadakı səfiri başda olmaqla səfirliyin diplomatları, Diasporla İş üzrə Dövlət Komitəsinin və Azərbaycan Diasporuna Dəstək Fondunun əməkdaşları, Azərbaycan icmasının və şəhər ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Azərbaycanın Dövlət Himninin səsləndirilməsi və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən qəhrəman şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayan tədbirdə Azərbaycanın Almaniyadakı fövqəladə və səlahiyyətli səfiri Ramin Həsənov, Diasporla İş üzrə Dövlət Komitəsinin Aparat rəhbəri Daşqın Rəcəbli, AAA idarə heyətinin sədri Yaşar Musayev, sədr müavinləri Sevda Qəribova və Nuran Abdullayev, diaspor nümayəndəsi Zaur Spivak və başqaları çıxış ediblər.
Norveç
Eyni zamanda, Oslo şəhərindəki Norveç parlamenti binasının – Stortingetin qarşısında 8 Noyabr – Zəfər Günü münasibətilə “Böyük qayıdış” adlı aksiya keçirilib. Azərbaycan Diasporuna Dəstək Fondunun dəstəyi və Norveçdə fəaliyyət göstərən “CAN” diaspor təşkilatının təşəbbüsü ilə baş tutan aksiyaya Azərbaycan və Türkiyə icmalarının üzvləri, Türkiyənin Norveçdəki səfirliyinin əməkdaşları qatılıblar.
Əllərində Azərbaycan və Türkiyə bayraqlarını tutan aksiya iştirakçıları şəhidlərimizin şəkillərini, “Həlak olmuş qəhrəmanlarımızın əziz xatirəsinə”, “Şəhidlər ölməz, Vətən bölünməz!”, “Qarabağ Azərbaycandır!”, “Qarabağa böyük qayıdış” şüarlarını əks etdirən posterləri nümayiş etdiriblər.
Gürcüstan
Almaniya
Moldova
Moldova Azərbaycanlıları Konqresinin (MAK) nümayəndələri ölkəmizin Kişinyovdakı səfirliyi qarşısında ulu öndər Heydər Əliyevin büstü önünə gül dəstələri qoyublar.
Sonra bayram tədbiri Azərbaycanın Moldovadakı səfirliyində davam etdirilib. Tədbirdə qeyri-hökumət və ictimai təşkilatların nümayəndələri, milli diaspor rəhbərləri, həmçinin MAK-ın və Azərbaycan icmasının fəxri üzvləri iştirak ediblər.
İtaliya
Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Mədəniyyətlərarası Əlaqələr üçün Gənclər Birliyinin təşkilatçılığı ilə gerçəkləşdirilən sərgidə Ermənistanın 30 ilə yaxın işğal altında saxladığı Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktlarını ifşa edən fotomateriallar təqdim olunub.
ABŞ
Tədbirdə rəsmi qonaqlar, ABŞ-dakı Azərbaycan və Türk icmalarının nümayəndələri, Azərbaycanın ABŞ-dakı səfirliyinin və Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları iştirak ediblər.
Oman
İngiltərə
Avstriya