Azərbaycanlı zəvvarlar Həccə yola DÜŞDÜ
Azərbaycandan Həcc ziyarətinə ilk zəvvar qrupunu aparan təyyarə bu gün Bakı vaxtı ilə saat 12:30-da yola düşüb.
Globall.az xəbər verir ki, bu barədə Qafqaz Müsəlmanları İdarəsindən məlumat verilib.
Bildirilib ki, Bakıdan yola düşən təyyarənin yerli vaxtla saat 16:30-da Səudiyyə Ərəbistanının Ciddə şəhərinə enəcəyi gözlənilir.
İlk qrupa 180 zəvvar daxildir.
Xatırladaq ki, Azərbaycana Həcc ziyarəti üçün 1 nəfərə qiyməti 5350 dollara, 680 nəfərlik kvota ayrılıb. Zəvvarlar iyun ayının 29-30-u və iyul ayının 1-2-si Həcc ziyarətinə yola düşəcəklər, iyulun 19-20-si isə geri dönəcəklər.
Oxunub: 325
Xəbəri paylaş
Paylaş: