Kadırov evlənməyə imkanı olmayan 207 gənc üçün “başlıq pulu” ayırdı
Çeçenistan lideri Ramzan Kadırov koronavirusa görə maliyyə sıxıntısı ilə üzləşən və bu səbəbdən evlənməkdə çətinlik çəkən 207 gəncə “başlıq pulu” ayırıb.
Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, məlumatı Çeçenistan Müsəlmanlarının Ruhani İdarəsi yayıb.
Kadırov bu barədə qərarı respublikada evlənməyə hazırlaşan, amma maliyyə imkanı olmayan şəxslərin siyahısı hazırlandıqdan sonra qəbul edib.
Qərara əsasən, ehtiyacı olan hər bəyə 50 min rubl vəsait təqdim ediləcək.
Oxunub: 435
Xəbəri paylaş
Paylaş: