Ermənistan əsirləri “hamını hamıya” prinsipi ilə dəyişməyə razılaşdı
Ermənistan baş nazirinin birinci müavini Tiqran Avinyan Rusiyanın ölkədəki səfiri Sergey Koprikinlə görüşüb.
Ermənistan KİV-lərinin xəbərinə görə, o, rəsmi Yerevanın Qarabağda əsir və girov düşən şəxslərin “hamını hamıya” prinsipi ilə dəyişməyə razılaşdığını əlavə edib.
Bundan başqa, Avinyan gələcəkdə əsirlərin heç bir şərt irəli sürülmədən qarşılıqlı qaytarılması üçün Bakı ilə Yerevan arasında mezanizm yaradılacağına ümid ifadə edib.
Oxunub: 388
Xəbəri paylaş
Paylaş: