Alimlər 500 min amerikalının COVID-19-dan ölümünü proqnozlaşdırır
Amerika alimləri güman edirlər ki, ABŞ-da kütləvi vaksinləməyə baxmayaraq, koronavirusdan yarım milyondan çox insan ölə bilər.
Bu barədə Vaşinqton Universitetinin Tibb Məktəbi yanında Sağlamlığı Ölçmə və Qiymətləndirmə İnstitutunun (IHME) hesabatında bildirilir.Sənəddə qeyd edilir ki, ölkədə COVID-19 qurbanlarının sayı 2021-ci ilin 1 aprelinə qədər 539 min nəfərə qədər arta bilər. Bu halda alimlər hesab edirlər ki, gündəlik ölümlərin pik həddi 3 minə çatacaq. Qeyd edilir ki, ən yüksək ölüm göstəricisi növbəti il yanvarın ortaları və sonunda olacaq.Cons Xopkins Universitetinin son məlumatına görə, ABŞ-da epidemiyanın başlanğıcından COVID-19-a 14,5 milyondan çox yoluxma aşkarlanıb, 280 mindən çox pasiyent koronavirusun qurbanı olub.
Oxunub: 355
Xəbəri paylaş
Paylaş: