Azərbaycanda koronavirusa 322 yeni yoluxma qeydə alınıb -
11 nəfər vəfat edib
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 322 yeni yoluxma faktı qeydə alınıb, 845 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 11 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 227 273 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 215 263 nəfər müalicə olunaraq sağalıb, 3009 nəfər vəfat edib, aktiv xəstə sayı 8996 nəfərdir.
Oxunub: 325
Xəbəri paylaş
Paylaş: