Erməni əsgərin valideyni medaldan imtina edib -
"Çavuş yazılmasını istəyib..."
İkinci Qarabağ müharibəsində Azərbaycan Ordusu tərəfindən məhv edilən erməni əsgər Edqar Doluxanyanın valideyni ölümündən sonra oğluna verilən medaldan imtina edib.
“Novosti Armeniya” bildirir ki, 20 yaşlı əsgərin anası Svetlana Doluxanyan bununla bağlı Ermənistan ictimaiyyətinə müraciət ünvanlayıb.
O, medalın təqdim olunması qaydasına etiraz edib. S.Doluxanyan medalla bağlı sənəddə oğlunun hərbi rütbəsinin sıravi əsgər deyil, çavuş yazılmasını, medalın isə daha təmtəraqlı təqdim edilməsini istəyib: “Əks halda bizə belə medal lazım deyil”./report
Oxunub: 327
Xəbəri paylaş
Paylaş: