"Qaçqınkom"un Bakıda tikəcəyi 3 yaşayış binasının təyinatı məlum deyil -
Rəsmi münasibət
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin saytında Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə Bakıda daha 3 yaşayış binası tikməyə icazə verilməsinə dair yayılan məlumata münasibət bildirib.
Komitənin Beynəlxalq əlaqələr, informasiya və mətbuat xidməti departamentinin direktoru İbrahim Mirzəyev APA-ya açıqlamasında bildirib ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin saytında Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə Bakıda daha 3 yaşayış binası tikməyə icazə verilməsi ilə bağlı məlumat yerləşdirilib.
O qeyd edib ki, həmin binaların gələcək təyinatı hələ bəlli deyil.
Oxunub: 496
Xəbəri paylaş
Paylaş: