"Türkiyə regionda ən etibarlı müttəfiqimizdir"-
Polşa prezidenti
Polşa Türkiyəni regionda özünün ən güclü və etibarlı müttəfiqi hesab edir. "Anadolu" agentliyi xəbər verir ki, bu barədə Polşa prezidenti Ancey Duda Ankarada türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla birgə mətbuat konfransında bildirib.
Duda Polşanın hava məkanının mühafizəsində türk pilotların iştirakına görə Ərdoğana minnətdarlığını ifadə edib.
Dövlət başçısının fikrincə, Polşa Türkiyə və NATO çərçivəsində iki ölkə üçün daxili və xarici təhlükələrin qarşısını ala bilər.
Ancey Duda əminliyi ifadə edib ki, uğurlu ticarət-iqtisadi əməkdaşlıq nəticəsində Türkiyə və Polşa qarşılıqlı əmtəə dövriyyəsini 10 milyard ABŞ dollarına çatdıra biləcək.
Oxunub: 248
Xəbəri paylaş
Paylaş: