Ali məktəblərə qəbul imtahanlarının tarixləri elan olundu -
QRAFİK
Ali təhsil müəssisələrinə qəbul imtahanlarının tarixləri elan olunub.
Bu barədə Report-a Dövlət İmtahan Mərkəzindən məlumat verilib.
Bildirilib ki, ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarının II mərhələsi, əvvəlki illərin məzunları üçün qəbul imtahanlarının I və II mərhələsi, əlavə tədris və xarici dil imtahanlarının aşağıdakı qrafikə uyğun keçirilməsi planlaşdırılır.
Ali təhsil müəssisələrinə qəbul imtahanlarının 2-ci mərhələsinin 2-ci cəhdinin keçirilib-keçirilməməsi haqqında avqust ayında respublikada mövcud olacaq sanitar-epidemioloji vəziyyətə uyğun olaraq qərar veriləcək.S/s İmtahanın adı Keçirilmə tarixi 1. - Əvvəlki illərin məzunları üçün qəbul imtahanının I mərhələsi, V ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə və 11 illik təhsil bazasında kolleclərə qəbul imtahanı;
- Müsabiqədə buraxılış imtahanında verdiyi xarici dildən fərqli dil üzrə iştirak etmək istəyənlər üçün əlavə xarici dil imtahanı;
- qəbul imtahanını buraxılış imtahanında verdiyi dildən fərqli dil üzrə vermək istəyənlər üçün əlavə imtahan;
- Buraxılış imtahanında üzrlü səbəbdən iştirak edə bilməyən XI sinif şagirdləri üçün buraxılış imtahanı.1 iyul 2. Bakalavriat səviyyəsinə qəbul imtahanı (II mərhələ), 1-ci cəhd: III ixtisas qrupu 14 iyul II qrupu 15 iyul I ixtisas qrupu 27 – 28 iyul IV ixtisas qrupu 28 iyul