Azərbaycanın XİN başçısı Türkiyəyə başsağlığı verib
Ceyhun BayramovAzərbaycanın xarici işlər naziri Ceyhun Bayramov 14 nəfərin ölümü ilə nəticələnən yol qəzası ilə bağlı Türkiyəyə başsağlığı verib.
XİN başçısı bu barədə özünün tvitter hesabında yazıb.
“ Qardaş Türkiyənin Balıkesir şəhərində faciəvi avtobus qəzası xəbərini böyük kədərlə qarşıladıq. Qəza nəticəsində vəfat edən 14 nəfərin ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı bildirir, yaralılara Allahdan şəfa diləyirik”, - deyə Ceyhun Bayramov qeyd edib.
Oxunub: 304
Xəbəri paylaş
Paylaş: