Ermənistanın xarici işlər naziri Lavrovla görüşə gedir
Erməni nazirin rusiyalı həmkarı Sergey Lavrovla görüşü, daha sonra mətbuat konfransı keçirməsi planlaşdırılır.
Ararat Mirzoyan Moskvada Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi Stanislav Zas ilə də görüşəcək.
Daha əvvəl bildirilmişdi ki, görüş zamanı Mirzoyan və Lavrov Rusiya -Ermənistan ittifaqının bütün sahələrdə inkişaf etdirilməsi, ümumi inteqrasiya birliklərində (MDB, KTMT, Avrasiya İttifaqı) əməkdaşlığın qurulması, habelə BMT -dəki mövqelərin əlaqələndirilməsi istiqamətində atılacaq addımları ətraflı müzakirə edəcəklər.
Qeyd edək ki, bu, Ermənistan xarici işlər naziri Ararat Mirzoyanın yenivəzifəyə təyin olunmasından sonra ilk xarici səfəridir.