30 ildən sonra Şuşada Üzeyir Hacıbəyov festivalı
30 ildən sonra ilk dəfə bu gün, sentyabrın 18-də görkəmli Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyovun doğum günü onun doğma
şəhərində, işğaldan azad edilmiş Şuşada qeyd olunacaq. Üzeyir Hacıbəyov Beynəlxalq Musiqi Festivalı yenidən Şuşada keçirilir. Konsertlər açıq havada olacaq.
Sayca 13-cü festival tədbirləri həmçinin Bakı, Gəncə və Ağdamda keçiriləcək.
Şuşada iştirakçılar Hacıbəyovun və Bülbülün ev muzeylərinə, “Xan qızı” bulağı, Qala divarı və Cıdır düzünə gedəcəklər.
18 sentyabr Azərbaycanda Milli Musiqi Günü kimi qeyd edilir.
Üzeyir Hacıbəyov 1885-ci ildə anadan olub. Müsəlman Şərqində ilk opera "Leyli və Məcnun"un müəllifidir. Ümumilikdə 300-dən artıq klassik və milli musiqi əsərlərinin, eləcə də Azərbaycanın himninin müəllifidir.
Oxunub: 410
Xəbəri paylaş
Paylaş: