Monteneqro Telman İsmayılovu təhvil verməyəcək
Monteneqro bir gün əvvəl paytaxt Podqoritsa şəhərində saxlanılan Moskvadakı "Çerkizovski" bazarının keçmiş sahibi, rusiyalı iş adamı Telman İsmayılovu təhvil verməyəcək. Redaksiyamıza bu barədə Monteneqrodakı etibarlı hökumət mənbələrindən məlumat verilib.
Xatırladaq ki, cümə günü Monteneqronun "Vijesti" nəşri bir mənbəyə istinadən Telman İsmayılovun Rusiya tərəfindən verilən axtarış qərarı ilə həbsi barədə məlumat yayıb.
"Azərbaycanlı milyarder Telman İsmayılov Rusiya Federasiyası tərəfindən verilən axtarış qərarı ilə Podqoritsada saxlanılıb",-"Vijesti" yazıb.
Oxunub: 253
Xəbəri paylaş
Paylaş: